Dəyirmi masa

İyunun 16 - da məktəbin riyaziyyat müəllimi Sevda Rəhimova tərəfindən Microsoft Teams platforması üzərindən 6c sinfində "Lütfi Zadə 100" adlı dəyirmi masa keçirildi.

Dəyirmi masada şagirdlər Lütfi Zadənin həyat və yaradıcılığı , kəşfləri və bu kəşflərin tətbiqi barədə hazırladıqları məlumatları təqdim etdilər, məlumatlar ətrafında müzakirələr aparıldı. Şagirdlərə təqdim olunan tapşırıqları yüksək rəqabət hissi ilə yerinə yetirdilər.

Dünya şöhrətli alimin “XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. Kim biliyə sahib olacaqsa, o, daha güclü olacaq. Güclü olan isə hər zaman qalibdir.” Fikirləri ilə dəyirmi masa sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi