Təltif
İyunun 14 – də Azərbaycan Respublikasının Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsi tərəfindən “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə məktəbin bir qrup müəllimi gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi şərəfli, fədakar əməyi, onların təlim tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirilməsi münasibətilə Fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.
Mükafatlandırılan təhsil işçiləri göstərilən diqqət və qayğıya görə ATİAHİ və Binəqədi rayon komitəsinə dərin təşəkkürünü bildirdilər.
Eyni zamanda məktəbin 7a sinif şagirdləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ümumdünya Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Hər kitab bir xəzinədir” adlı sosial layihəsində fəal iştirakına görə, məntiq yarışmasında yüksək nailiyyətlərinə görə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Mükafatlandırma pandemiya qaydalarına uyğun olaraq sosial məsafəni gözləməklə həyata keçirildi.