Son zəng

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərdiyi qaydalara əməl edilməklə iyunun 14 – də saat 10:00 – da məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbir sosial məsafə gözlənilməklə açıq havada bir saatdan artıq olmamaq şərtilə baş tutdu. Yalnız məktəbin 11 – ci sinif şagirdlərinin,  məktəb rəhbərliyinin  və məhdud sayda müəllimin iştirakı ilə keçirilən tədbiri məktəbin direktor əvəzi  Sevinc Musayeva açdı. O öz çıxışında 2020 – 2021 – ci tədris ilindəki məzunların uğurlu nəticələrini – 59 nəfərdən 26 nəfər şagirdin 200 – dən yüksək bal toplamasını, onlardan isə 6 nəfər məzunun fərqlənmə attestatına namizəd olduqlarını xüsusilə vurğuladı.

Tədbirdə iştirak edən Binəqədi Rayon Gənclər Evinin direktoru Ələkbər Mustafayev çıxış edərək Zəfər çalmış ölkənin ilk məzunlarını təbrik etdi, gələcək həyat yollarında uğurlar arzu etdi.

Sonda ənənəvi son zəng çalınmaqla  tədbir yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi