Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

Mayın 27 – də məktəbin 5a sinfində fənn müəllimi Aynur Fərəcova tərəfindən Microsoft Teams platforması üzərindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü il dönümünə həsr olunmuş “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" adlı onlayn tədbir keçirildi.

Tədbirdə fənn müəllimi Aynur Fərəcova Azərbaycan Demokratik Cümhuriyyətin yaranması tarixindən, hər bir xalqın müstəqilliyinin qiymətsiz sərvəti olmasından bəhs edərək məhz müstəqilliyə aparan yolda cumhuriyyət yaradıcılarının keçdiyi mübarizə yolundan danışdı.  28 may 1918 – 27 aprel 1920 – ci ilə qədər mövcud olan ADR – in qısa ömrünə baxmayaraq, ilk olaraq Azərbaycan adını məkan anlayışından çıxarıb, müstəqil dövlət anlayışına  daxil edilməsi, ərazi bütövlüyünün təmin edilməsi, işgal edilmiş torpaqların azad edilməsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinın yaradılması Azərbaycan xalqının müstəqil yaşamağa və müstəqilliyi bərpa etməyə qadir bir xalq olduğunu sübut etməsi xüsusuilə vurğulandı.

Sonda 1991 – ci il oktyabrın 18 – də  öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirən, bu tarixi varislik prinsipini üzərində qurulmuş  yeni müstəqil Azərbaycan dövlətinin yaranmasını əks etdirən videoçarx təqdim olundu..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi