İstiqlalımız əbədidir

Mayın 27 – də məktəbin 8 ç sinfində fənn müəllimi Tağıyeva Şəfiqə tərəfindən Microsoft Teams platforması üzərindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü il dönümünə həsr olunmuş “İstiqlalımız əbədidir" mövzusunda onlayn tədbir keçirildi. 

Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin məhz 103 il əvvəl, 28 may tarixində yaranması, 23 aylıq mövcudluğu dövründə Azərbaycan tarixində şərəfli və silinməz iz qoyması, mövcud olduğu çətin tarixi dövr ərzində  öz müstəqilliyini dünya dövlətlərinə bəyan etməsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Fənn müəllimi Şəfiqə Tağıyeva “Biz bir xalq olaraq bu tarixlə fəxr etməliyik ki, güclü bir dövlət qurmağa nail olmuşuq. 44 günlük Qarabağ müharibəsi bir daha sübut etdi ki, biz həqiqətən də birlikdə güclüyük!” fikirlərini şagirdlərlə paylaşdı.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucuları, fəaliyyəti və gördüyü mühüm tədbirləri əks etdirən məlumatlar verildi,  videoçarx nümayiş olundu.

Sonda şagirdlər Azərbaycana aid şeirlər söylədilər, musiqilər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi