Yaşa, yaşa məğrur Azərbaycan!
Mayın 26 – da Microsoft Teams platforması üzərindən məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyevanın təşkilatçılığı ilə 3a sinif şagirdləri ilə “28 may – Respublika günü”nə həsr olunmuş “Yaşa, yaşa məğrur Azərbaycan!” adlı onlayn tədbir keçirildi.
Tədbirdə 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılması haqqında geniş məlumat verildi. Cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə imza atdığı ilklər tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Eyni zamanda şagirdlərin ifasında vətənpərvərliklə bağlı şeirlər səsləndirildi, videoçarxlar nümayiş etdirildi.
Sonda dövlət başçımızın siyasi fəaliyyəti sayəsində müstəqillik ənənələrimizin uğurla davam etdirilməsi, Azərbaycanın demokratik bir dövlət olaraq sürətlə inkişaf etdirilməsi xüsusilə qeyd edildi.