Yeni təyinat
...."Yalnız bu kollektivdə işləyə bilər" - demişdi II Qarabağ döyüşlərində qəhrəmancasına şəhadətə yüksələn polkovnik leytenant Ruslan Tağıyev... Ruhun şad olsun, VƏTƏN OĞLU!
Bu gün üç gözəl övladının anası, həyat yoldaşın öz məzunu olduğu və bir zamanlar Sənin valideyn kimi gəldiyin 283 nömrəli tam orta məktəbə laborant kimi fəaliyyətə başladı. Doğma məktəb, doğma kollektivin bir neçə üzvü yüksək səmimiyyətlə Günay xanımı qəbul edərək hər zaman yanında olacaqlarını bildirdilər. Başını dik tut, Günay xanım, şəhid polkovnik leytenant Ruslan Tağıyevin övladlarını onun adına layiq böyütdüyün yolda həmişə fəxarət hissi yaşayacaqsan. Dövlət, ölkə başçısı və hər birimiz səlahiyyətimiz çərçivəsində yanınızdayıq!
Göstərdikləri dəstəyə görə Binəqədi Rayonu İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dərin təşəkkürümüzü bildiririk.
Gərgin iş qrafikinə baxmayaraq zaman ayıraraq yanımızda olan və istər Günay xanıma istərsə də kollektiv üzvlərinə xoş tövsiyyələrinə görə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Suleymanova xanıma öz minnətdarlığımızı bildiririk.