İngilis dili aylığı çərçivəsində “Azərbaycan” mövzusunda dəyirmi masa təşkil olunub

26 may 2016-cı il tarixində 283 №-li tam orta məktəbin ingilis dili müəllimləri ingilis dili aylığı çərçivəsində “Azərbaycan” mövzusunda dəyirmi masa təşkil etmişdi. Dəyirmi masada məktəbin müxtəlif sinif şagirdləri iştirak edirdi.Şagirdlər aşagıda göstərilən mövzuları ingilis dilində təqdim etdilər və hər bir mövzuya aid özlərinin hazırladıqları video çarxlar numayiş etdirildi1. Azərbaycan Demokratik Respublikasının tarixi2. Azərbaycan bayrağı ( Bayraq meydanı)3. Azərbaycanın coğrafi mövqeyi, sosial və ictimai həyatı4. Azərbaycan tarixi ( Babək, 20 yanvar faciəsi)5. Qarabağ ( Xocalı, C. Mustafayev, M İbrahimov)6. Azərbaycan incəsənəti ( Buta, Azərbaycan xalçaları, Muğan)7. Azərbaycan təbiəti ( Qırmızı kitabımız)8. Şəki9. Təbii sərvətlərimiz10. Bakı nefti ( Neft Daşları)11. Heydər Əliyev Fondu12. Milli mətbəximiz13. Milli bayramlarımız14. Bakı Beynəlxalq kontaktlar, konfranslar, idman yarışları, musiqi musabiqələri, forumları, sərgiləri şəhəridir.Tədbirin sonunda məktəbin direktoru T.H.Zeynalovaya söz verildi.Çıxışını ulu önder,ümummilli lider H.Əiliyevin fikirləri ilə başladı-Azərbaycan gəncliyi V.Şekspiri ingilis dilində ,A.S.Puşkini rus dilində və N.Gəncəvini azərbaycan dilində oxumağı bacarmalıdı.Daha sonra şagirdlərə öz təşəkkürünü bildirdi və ölkə başçısı tərəfindən müasir dövrdə gənclərimizə açılan yollardan faydalanmagı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi