“Şən və hazırcavab fiziklər” mövzusunda ədəbi-elmi gecə keçirilib

27 may 2016-cı il tarixində “Şən və hazırcavab fiziklər” mövzusunda AXC-nin yaranması gününə həsr edilmış ədəbi-elmi gecə keçirilmişdir.Tədbir Azərbaycan dövkətinin keçdiyi tarixi yolu əks etdirən video və slaydıarın nümayişi ilə başladı.Fizika müəllimlərinin iştirakı ilə təşkil olunmuş bu tədbirə Sevda Zəkəryəyeva rəhbərlik edirdi. Tədbirdə şagirdlərin yaradıcılıq qabiliyyəti üzə çıxdı. Şagirdlərimiz düzəltdikləri gəmi, hərəkət edən velosiped, kəsici alət, əl fənəri, lampa və s. yaradıcılıq işləri maraqla qarşılandı.Tədbirdə şifahi xalq ədəbiyyatından Nizami Gəncəvinin əsərləri ilə fizika arasında inteqrasiya olduğunu göstərdilər. (yerin cazibə qanunu, yerin öz oxu ətrafında fırlanması, səsin əks sədası)Zirvə kimin başı üstəİldırımlar çaxa bilərKim buludu eynək kimiGözlərinə taxa bilərSənə yalnız tanrı özüYuxarıdan baxa bilərTədbirin sonunda məktəbin direktoru T.H.Zeynalovaya söz verildi. Məktəb direktoru tədbirdə iştirak edən bütün şagird və müəllim kollektivinə öz təşəkkürünü bildirdi. Belə elmə söykənən tədbirlərin şagirdlərin inkişafında mühüm rol oynadıgını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi