“Hərbi Qənimətlər Pakı”na ekskursiya
Mayın 9 – da məktəbin 6c və 1ə sinif şagirdləri Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş “Hərbi Qənimətlər Parkı”na ekskursiya etdilər. Şagirdlər şəhidlərimizin xatirəsinin əbədi yadigarı olan parkda İkinci Qarabağ müharibəsi qələbəsinin hərbi – texniki sübutlarını, müharibənin gedişini əks etdirən tabloları, düşmənin boş qalmış şlemlərini, erməni bunkerlərində qalmış əşyaları çox maraqla seyr etdilər. Eyni zamanda Parkın ərazisindəki videozalda nümayiş etdirilən Azərbaycan Prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr şagirdlər tərəfindən təkrar izlənildi.
Ekskursiya zamanı ən yadda qalan məqamlardan biri 35 gün əsirlikdə qalmış letenant Mobil Əhmədzadə ilə görüş oldu. Səmimi görüş zamanı şagirdlər onun sözlərini diqqətlə dinlədilər, xatirə şəkli çəkdirdilər.