Nizami Gəncəvi kamilliyin zirvəsində
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021 – ci il tarixli F – 56 nömrəli əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın 6 – cı bəndinin icrasını təmin etmək məqsədilə mayın 8 – də 7ç sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Elnarənin Microsoft Teams platforması üzərindən "Nizami Gəncəvi kamilliyin zirvəsində" adlı onlayn tədbiri kecirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncama əsasən şairin anadan olmasının 880 illiyini ehtiva etməklə yanaşı, bizim eranın XII yüzilliyində Yaxın və Orta Şərqin poeziya göylərində günəş kimi parlayan dahi mütəfəkkirin dərin yaradıcılıq irsini də özündə əks etdirdi.
Tədbir boyu şagirdlər şairin müxtəlif əsərlərindən nümunələr, aforizmlər söylədi. Azərbaycanın hüdudlarından kənarda da şairə necə dərin ehtiram göstərildiyi slaydlarla təqdim olundu.
Sonda məktəb rəhbərliyi ilə ədəbiyyat müəllimləri şagirdlərə öz tövsiyələrini verdi və dahi Nizaminin təbirincə elmə yiyələnərək kamilliyin zirvəsini fəth edə biləcəklərini söylədilər.