Heydər Əliyev xoşbəxt gələcəyimizin təminatçısıdır

Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq ümummili lider Heydər Əliyevin anadan olmasının 98 – ci  ildönümünə həsr olunmuş silsilə tədbirlərin yekunu olaraq mayın 8 – də  5a sinfində Microsoft Teams platforması üzərindən “Heydər Əliyev xoşbəxt gələcəyimizin təminatçısıdır” adlı onlayn tədbir keçirildi.

Tədbir Azərbaycanın dahi oğlu, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, müstəqil Azərbaycanın iqtisadiyyatının dirçəlməsində, elm və mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərinin təqdimatına həsr olundu. Fənn müəllimi Aynur Fərəcova Ulu öndərin diplomatik fəaliyyətindən,  1994 – cü ilin sentyabr ayında bağlanmış olan “Əsrin müqaviləsi”nin əhəmiyyətini, bu müqavilənin iqtisadi inkişafın təməli, müstəqilliyimizin təminatı olmasını xüsusilə vurğuladı.  

Tədbirin sonunda 5 – ci sinif şagirdləri Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl edəcəklərinə, xalqa, vətənə layiqli övlad olacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi