Nizami dünyası

“Nizami dünyası” adlı intellektual müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021 – ci il tarixli F – 56 nömrəli əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın 6 – cı bəndinin icrasını təmin etmək məqsədilə mayın 7 – də məktəbin IX – XI sinif şagirdləri arasında onlayn qaydada məktəbdaxili müsabiqə keçirildi. Məktəb rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə aparılan məktəbdaxili müsabiqədə şagirdlərə Nizami Gəncəvinin həyat və yaradıcılığı, “Xəmsə”si, qəzəlləri, müdrik kəlamları haqqında suallar verildi.  Ən yüksək nəticə əldə etmiş 1 nəfər şagird ikinci mərhələdə iştirak etmək hüququ qazandı.

Onu da qeyd edək ki, “Nizami dünyası” adlı intellektual müsabiqənin ikinci mərhələsi Bakı şəhərininin inzibati rayonları üzrə onlayn qaydada 19 – 24 may tarixlərində təşkil olunacaq.

Məktəbin şagirdinə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi