Şərəfli ömrün səlnaməsi

Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq ümummili lider Heydər Əliyevin anadan olmasının 98 – ci  ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq mayın 6 – da  8c sinfində Microsoft Teams platforması üzərindən “Şərəfli ömrün səlnaməsi” adlı onlayn dərs keçirildi.

Onlayn dərsdə şagirdlərdən  Rzazadə Mədinə Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə həsr edilmiş mövzu ilə, Hüseynova Mehriban isə Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövrü (1993-2003) mövzusunda çıxışlar etdilər, hazırladıqları təqdimatları nümayiş etdirdilər. Digər şagirdlər mövzu ətrafında öz fikirlərini bildirdilər, müzakirələr apardılar.

Sonda fənn müəllimi  Heydərli Rəhilə müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin  doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərindən danışdı. Dahi rəhbər Heydər Əliyevin şərəfli ömür yolu doğma Vətənə və xalqa xidmətin parlaq nümunəsi olduğunu xüsusilə vurğuladı. Misilsiz idarəetmə istedadına malik olan Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən ağır məqamlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirdiyini şagirdlərin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi