Yaddaşlarda qalan ömür
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Mayın 6-da məktəbin tarix müəllimi Tağıyeva Şəfiqə Microsoft Teams plaforması üzərindən 8ç sinif şagirdləri ilə Ümummilli liderin həyat və fəaliyyətinə, tarixi xidmətlərinə həsr olunmuş onlayn tədbir keçirmişdir.
Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən, ulu öndər heç zaman unudula bilməz. Onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Tədbirdə şagirdlər Ulu öndərin xatirəsinə həsr olunmuş şeirlər söylədilər, videoçarxlar, təqdimatlar nümayiş etdirdilər.
Sonda Cənab İlham Əliyevin "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" deyimi ilə tədbir yekunlaşdı.