Fenomen şəxsiyyət

“... O, fenomen bir şəxsiyyət idi. Bütün həyatını xalqına həsr etmişdi.  Xalqının ən ağır vaxtında köməyə gəlmiş, onu bəlalardan xilas etmiş, Azərbaycanı bütün dünyaya tanıtmışdı...” Bu sözlər Ulu öndər Heydər Əliyevin anadan olmasının 98 – ci ildönümünə həsr olunmuş distant dərs zamanı söylənilmişdi.

Mayın 5 – də keçirilmiş dərsdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifkənan Xuraman rus bölməsində təhsil alan 7d sinif şagirdləri ilə Ümummilli liderin Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli iqtisadiyyatımızın güclənməsi, Azərbaycan ordusunun qüdrətlənməsi sahəsində misilsiz xidmətləri barədə geniş müzakirə aparmışlar.

Sonda şagirdlər Heydər Əliyevə həsr etdikləri təqdimatları nümayiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi