“İntiharın profilaktikası” adlı onlayn seminar

Pandemiya dövründə karantin rejimi  intihar hallarının baş verməsi üçün riskli situasiyalardan biridir. Artan intihar hallarının qarşısını almaq üçün mayın 4 – də  “İntiharın profilaktikası” mövzusunda 7,8- ci sinif şagirdlərinin valideynləri üçün onlayn seminar təşkil olundu. Seminarda intihara səbəb olan hallar, intihar edən yeniyetmənin psixoloji göstəriciləri, intihar ilə bağlı yalnış bilinən məlumatların doğru olanlar ilə əvəzlənməsi, düzgün valideyn yeniyetmə münasibəti, intihara meyl edən şəxsə düzgün yanaşma kimi mövzular müzakirə olundu. Bundan başqa valideynlərə sağlam düşüncəyə malik şəxsiyyət formalaşması üçün yeniyetmə ilə  hansı şəkildə ünsiyyətdə olmaq ilə bağlı tövsiyələr verildi.

Seminarın sonunda valideynləri maraqlandıran suallar cavablandrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi