Metodbirləşmə iclası
Mayın 1 – də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021 – ci il tarixli F – 56 nömrəli əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın 6 – cı bəndinin icrasını təmin etmək məqsədilə məktəb rəhbərliyinin, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə onlayn iclası oldu.
İclasda Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş 01 – 18 may 2021 – ci il tarixlərdə IX – XI sinif şagirdləri arasında onlayn qaydada həyata keçiriləcək məktəbdaxili müsabiqə haqqında geniş müzakirələr aparldı, müsabiqənin birinci mərhələsinin keçiriləcəyi tarix müəyyən edildi.
Məktəb rəhbərliyi müsabiqənin birinci mərhələsinin layiqincə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verdi.