6-cı sinif şagirdlərinin valideyn iclası keçirilib

Bakı şəhər məktəblərinin VI siniflərində keçirilən qiymətləndirmə ilə əlaqədar 20.05.2016-cı il tarixində məktəb rəhbərləri üçün təşkil olunmuş görüşdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın verdiyi tövsiyyələri əldə əsas tutaraq VI sinif rəhbərləri və müvafiq fənn müəllimləri ilə birlikdə şagirdlər qiymətləndirmə haqqında məlumatlandırılmışdır.Şagirdlərlə yanaşı həmçinin həmin şagirdlərin valideynləri arasında da təbliğat aparmaq məqsədi ilə 26.05.2016-cı il tarixində saat 1400 – da valideyn iclası keçirildi. İclasda 111 VI sinif şagirdinin 108 valideyni, sinif rəhbərləri, eləcə də Azərbaycan dili və riyaziyyat fənnini tədris edən müəllimlər də iştirak etdi.Keçirilən iclasda qiymətləndirmənin təşkil olunmasının məqsədi dolğun şəkildə valideynlərə çatdırıldı, yaranan suallar isə ətraflı şəkildə məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi