"Qarabağ həftəsi" layihəsi çərçivəsində Şuşa rayonu haqqında geniş təqdimat keçirilib

24 may 2016-cı il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 126, 244 və 283 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Şuşa rayonu haqqında geniş təqdimat 283№li məktəbin akt zalında keçirildi. Təqdimatda YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, münsiflər heyətinin üzvləri, təşkilatın aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, mədəniyyət işçisi Zivər Abbasova, YAP Binəqədi rayon Təşkilatının əməkdaşı Kubra Əliyarlı, 126 saylı orta məktəbin direktoru Şəmsi Qoca, 244 saylı məktəbin direktoru Yəhya Abbasov, 283 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova, məktəblərin müəllim, şagird kollektivi iştirak etdilər.Təqdimat Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra 126, 244 və 283 saylı orta məktəblərin istedadlı şagirdlərinin təqdimatında Şuşa rayonu haqqında ətraflı məlumat verildi. Şuşanın tarixi, coğrafi mövqeyi, musiqisi, tarixi və digər ziyalı şəxsiyyətləri, milli mətbəxi haqqında rəngarəng videçarxlar nümayiş etdirildi.Zəngin ssenari əsasında hazırlanmış təqdimatda Şuşa rayonuna həsr olunmuş şeirlər, “Şuşanın dağları”, “Qarabağ şikəstəsi” və Qarabağa həsr olunmuş digər mahnılar və muğamlar ifa edildi. Həmçinin istedadlı şagirdlərin ifasında təqdim edilən “Sarı gəlin”, “Yallı” rəqsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Təqdimatda “Vaqif” pyesi əsasında səhnəcik göstərildi. Şuşa dağlarında yetişən qeydi-adi Xarı Bülbülünün əfsanəsi barədə dolğun məlumat çatdırıldı və “Xarı Bülbül” mahnısı ifa edildi.Təqdimata “Çırpınırdı Qara dəniz” mahnısının tədbirlər iştirakçıları tərəfindən canlı ifası ilə yekun vuruldu.283 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova çıxışında bildirdi ki, Azərbaycan dövləti Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görür, genişmiqyaslı tədbirlər həyata keçirir. Xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi ilə əzəli torpaqlarımız olan Qarabağın ermənilər tərəfindən işğal edilməsi faktı bütün dünyaya bəyan edilir və oranın tarixi, mədəni həyatı geniş təbliğat olunur. O, Mehriban xanım Əliyevanın ifadə etdiyi kimi, “Qarabağ işğaldan azad olunanadək hər birimiz qarabağlıyıq” ifadəsini bir daha vurğuladı.Təqdimatda yekun nitq söyləyən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov “Qarabağ həftəsi” layihəsi haqqında fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, bu layihənin irəli sürülməsində əsas məqsəd vətənpərvərliyin təbliği, Qarabağ həqiqətlərinin, onun erməni işğalçıları tərəfindən zəbt olunması faktını dönə-dönə xatırlamaq və gənclərə çatdırmaqdır. Bu layihə öz fərqli sujet xəttinə və əhatə etdiyi tarixə, coğrafi əraziyə görə təkcə Binəqədi rayonu hüdudlarında deyil, bütün Bakı şəhəri və ölkə üzrə önəmliyer tutur. Ramiz Göyüşov həmçinin Şuşa rayonu haqqında hazırlanan təqdimatın yüksək peşəkarlıqla təşkil edildiyinə görə təşkilatçılara, məktəblərin müəllim və şagird kollektivinə öz minnətdarlığını ifadə etdi. Bu cür tədirlərin hər bir azərbaycanlı üçün ən önəmli və müqəddəs amallardan olan vətənpərvərliyin təbliğində müstəsna rolu olduğunu qeyd etdi.Təqdimatın sonunda tədbir iştirakçıları birgə xatirə fotosu çəkdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi