Unutmayaq, unutdurmayaq!

Martın 31 – də məktəbdə MS TEAMS platforması üzərindən 31 Mart soyqırım günü ilə əlaqədar “Unutmayaq, unutdurmayaq!” adlı onlayn tədbir keçirildi. Tədbir  dövlət himninin səslənməsi, qətlə yetirilmiş soyqırım qurbanlarının xatirəsinin  bir dəqiqə sükutla yad edilməsi ilə başladı. Nümayiş etdirilən təqdimatlarda, videoçarxlarda, oxunan mühazirələrdə Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər  bir daha şagirdlərin diqqətinə çardırıldı.

Sonra şagirdlər faciə qurbanları haqqında şeirlər söylədi, çəkdikləri fotoları, hazırladıqları təqdimatları tədbir iştirakçılarına nümatiş etdirdi. Tədbirdə 1998-ci il martın 26-da ulu öndər  Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı  fərmandan və həmin gündən etibarən 31 Mart tarixi azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması xüsusilə vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi