Sınaq qiymətləndirmə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən martın 15 – də 9 – cu siniflər üzrə buraxılış fənlərindən sınaq qiymətləndirilmə keçirildi. Həm Azərbaycan və həm də rus bölməsi üçün iki variantda (A və B) tərtib edilmiş test tapşırıqları, açıq və qapalı suallardan ibarət idi.
Hər iki bölmə üzrə 110 şagirdin iştirak etdiyi imtahan xüsusi karantin rejiminin qaydalarına riayət edilməklə məktəb rəhbərliyinin ciddi nəzarəti altında keçirildi.