Silsilə görüşlər davam edir
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.12.2020-ci il tarixli, F-560 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planına əsasən silsilə görüşlər davamı edir. Bu məqsədlə martın 3 – də məktəb rəhbərliyinin 7,8-ci sinif şagirdlərinin valideynləri ilə “Məişət zorakılığı” ilə bağlı Microsoft Teams platformasında növbəti onlayn görüşü keçirildi. Valideynlərin diqqətinə zorakılığın növləri, BMT-nin uşaq hüquqları haqqında qanunları, şəxsiyyətin inkişafında diqqət edilməsi vacib olan nüanslar çatdırıldı.
Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.