Tariximizin qan yaddaşı - Xocalı

Fevralın 25 –də  5b sinfində xalqımızın tarixinə qanla yazılmış, dəhşətli səhifələri ilə yaddaşlarımıza iz salmış Xocalı soyqırımı anıldı.

Online tədbir şagirdlərin çıxışı və bir dəqiqəlik sükutla şəhidlərin yad edilməsi ilə başladı. Xocalı soyqırımı ilə bağlı müxtəlif səpkili şeirlər, videoçarxlar təqdim olundu. Şagirdlər Xocalı həqiqətlərini 3 dildə (ingilis, rus və Azərbaycan) təqdim etdilər. Daha sonra Xocalının müdafiəsi uğrunda canlarından keçən qəhrəmanlar və faciənin dəhşətlərini lentə alıb bütün dünya ictimaiyyətinə çatdıran Çingiz Mustafayev hörmətlə yad olundu. Ali Baş Komandan İlham Əliyevin bircə əmri ilə 27 sentyabrdan başlanan əks-həmlə nəticəsində düşmənin məğlub olması və bu yolda məktəbin məzunu olan Rəşad Ağayevin də şəhid olması diqqətə çatdırıldı. Tədbir 283 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış fləşmobla yekunlaşdı.

Sonda şagirdlər əsgərimizin əmanət qoyub getdiyi Vətəni göz bəbəyi kimi qoruyacaqlarına and içdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi