Ümumi orta təhsil üzrə əyani dərslərə start verildi
Fevralın 15 – də məktəbin V – IX siniflərində şagirdlərin həftədə iki dəfə əyani formada olmaqla təhsillərinə start verildi. Xüsusi karantin rejiminə uyğun olaraq məktəbdə müəyyən olunmuş qaydalara əməl olundu. Məktəbin “A”, “B”, “C” giriş qapılarında şagirdlərin hərarəti ölçülüb, əlləri spirt məhlulu ilə dezinfeksiya olunaraq təhsilə cəlb olunması təmin olundu. Məktəbdə şagird sıxlığını aradan qaldırmaq üçün hər bir sinif iki qrupa bölünərək növbəli təhsilə cəlb olundu. Sinif otaqlarında sosial məsafə qorundu.
Məktəb rəhbərliyi, operativ nəzarət qrupu üzvləri və məktəblinin dostları karantin qaydalarına əməl olunmasına nəzarət etdilər.