Pedaqoji Şura İclası

​              Fevralın 5 – də ZOOM platforması üzərindən növbəti Pedaqoji Şura iclası keçirildi.

              İclasda, xüsusi karantin rejimi dövründə məktəb fəaliyyətinin təşkili, I yarımil üzrə aparılan qiymətləndirmə, qiymətləndirmənin nəticələri, II yarımildə qarşıda duran məsələlərlə bağlı məktəb rəhbərliyinin məruzələri dinlənildi.  Məruzə ətrafında sinif rəhbərləri, fənn müəllimləri müvafiq çıxışlar edərək I yarımildə şagirdlərin əyani və distant dərsə davamiyyəti, dərnək və dərsdənkənar məşğələlərin keyfiyyətli tədrisi haqda məlumat verdilər. Cari dərs ilinin II yarımilində qarşıda duran hədəflərə dair müvafiq qərarlar qəbul edildi.

          Sonda məktəb rəhbərliyi tərəfindən distant dərslərin təşkilində, qiymətləndirmənin obyektiv aparılmasında səmərəli fəaliyyətlərinə görə pedaqoji heyətə təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi