Tarix yazan qəhrəmanlarımız

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 yanvar 2021 – ci il tarixli F – 05/01 nömrəli əmrinə əsasən yanvarın 19 – da keçirilən “Sağlam həyat tərzi”, “Rus dili sevənlər” dərnəkləri   20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edildi. Dərnək rəhbərləri Nəzakət Məmmədli , Aytən Məmmədova və dərnək üzvləri hazırladıqları təqdimatlarda, söylədikləri şeir və məlumatlarda, çəkdikləri rəsmlərdə faciə qurbanlarının əziz xatirəsi ehtiramla andılar.

Onlayn keçirilən dərsdə məktəb rəhbərliyi,  fənn müəllimləri iştirak etdilər. Dərnəkdə 20 yanvarla başlanan yolun qələbəylə nəticələndiyi xüsusilə vurğulandı. O şanlı, zəfər tarixini bizə bəxş edən Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusunun əzəvsiz xidmətlərindən danışıldı. 44 günlük Vətən müharibəsinin  şəhidləri   yad edildi, qazilərinə şəfa diləndi.

Sonda “Yaşasın Azərbaycan!”, “Dalğalansın Azərbaycan Bayrağı!” şüarları səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi