Qiymətləndirməyə hazırlıq
Yanvarın 20 – də II – XI siniflərdə bütün fənləri tədris edən müəllimlərlə ZOOM platforması üzərindən “Məktəbdaxili Qiymətləndirmə”yə hazırlıq məqsədilə onlayn iclas keçirildi. İclasda məktəb rəhbərliyi, metodbirləşmə sədrləri, sinif rəhbərləri və fənn müəllimləri iştirak etdilər.
Məktəbin informatika müəllimi, əməkdar müəllim Naidə İsayeva məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı qiymətləndirmə vasitələrinin hazırlanması, yerləşdirilməsini əks etdirən videoçarxnümayiş etdirərək maarifləndirici tövsiyələrini verdi.
Sonda məktəb rəhbərliyi tərəfindən fənn müəllimlərini maraqlandıran suallar cavablandırıldı, metodbirləşmə sədrləri və sinif rəhbərlərinə müvafiq göstərişlər verildi.