Qanlı yanvardan qələbəyə doğru

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 yanvar 2021 – ci il tarixli F – 05/01 nömrəli əmrinə əsasən yanvarın 19 – da keçirilən onlayn dərslər 20 Yanvar faciəsinə həsr olundu. Keçirilmiş onlayn dərslərdə məktəbin V – IX  sinif şagirdləri tariximizə şərəf və qürur günü, xalqın oyanışı və həmrəyliyi günü, azadlıq uğrunda mübarizənin başlanğıc günü kimi daxil olan 20 Yanvar gecəsi haqqında hazırladıqları təqdimatları nümayiş etdilər, şeirləri, məlumatları səsləndirdilər.

 20 yanvardan qələbəyə doğru uzanan, Böyük Zəfərlə tamamlanan 44 günlük Vətən müharibəsində xalqımızın “Qarabağ Azərbaycandır!” devizi altında  bir yumruq kimi birləşib düşmənə tarixi dərsi verərək şanlı qələbə qazandığı xüsusi olaraq vurğulandı. Dərslərdə düşmənə dərs keçən müəllimlərimiz, Vətən müharibəsinin yeganə və tək şəhid xanımı, 20 Yanvar və Vətən müharibəsi dövründə həlak olan məktəblilərimiz, müstəqillik tariximizin ilk Zəfər Paradı haqqənda şagirdlər məlumatlandırıldı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi