“20 Yanvar” – 31 il

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 yanvar 2021 – ci il tarixli F – 05/01 nömrəli əmrinə əsasən yanvarın 19 – da keçirilən onlayn dərslər 20 Yanvar faciəsinə həsr olundu. Keçirilmiş onlayn dərslərdə məktəbin ibtidai sinif şagirdləri şəhidlərin xatirəsini yad etdilər, söylədikləri şeirlərdə,  məlumatlarda, təqdim etdikləri videoçarxlarda, rəsmlərdə faciə haqqında ətraflı müzakirələr apardılar.

Qanlı yanvardan qələbəyə aparan tariximizə bir daha nəzər yetirdilər. Şəhidlərimizin qanı bahasına əldə olunmuş müstəqilliyimizi, azad olunmuş torpaqlarımızı göz bəbəkləri kimi qoruyacaqlarına, gələcək nəsillərə ötürəcəklərinə söz verdliər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi