Fənn olimpiadalarının məktəbdaxili turu

Yanvarın 16 – da BŞTİ – nin göstərişinə uyğun olaraq məktəbdə onlayn formada VIII – XI sinif şagirdləri arasında fənn olimpiadası (Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika) keçirildi. Fənn olimpiadalarının məktəb turunda müvafiq fənlər üzrə 50 nəfər bacarıqlı və istedadlı şagird iştirak etdi.  Məktəb rəhbərliyi və nəzarətçi müəllimlər olimpiadadan öncə iştirakçılarla keçirilən onlayn görüşdə onları təlimatlandırdılar və lazımi tövsiyələrini verdilər. Şagirdlər müəyyən olunmuş zaman çərçivəsində onlara təqdim olunmuş açıq və qapalı tipli test suallarını cavablandırıb komissiya üzvlərinə təqdim etdilər.  Məktəb turunun qalibi olmuş şagirdlər şəhər turunda iştirak etmək hüququ qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi