Mənim mənəvi borcum

Öz xalqı, milləti üçün canından, qanından keçən, şərəfli həyat yolu ilə başqalarına nümunə olan yüzlərlə vətən övladları vardır ki, onlar öz mənəvi borclarını vətən və dövlət qarşısında ləyaqətlə yerinə yetirmişlər.

Belə gənclərimizdən biri II Qarabağ müharibəsinin iştirakçısı olan Məmmədov Cavanşir Habil oğlunun yanvarın 12 – də Həyat bilgisi dərsində  8sinif şagirdləri ilə “Mənim mənəvi borcum” mövzusunda görüşü baş tutdu. Cavanşir öz həyat yolu haqqında, müharibədə iştirakından, döyüş yoldaşlarından geniş məlumat verdi. O, şagirdləri Vətəni sevməyə, lazım gələrsə onu canları bahasına onu qorumağa çağırdı. Dərsdə iştirak edən təlim – tərbiyə işləri üzrə direktor müavini Sevinc Musayeva Cavanşir Məmmədova minnətdarlığını bildirdi.

Sonda fənn müəllimi Nəzakət  Məmmədli  “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” söyləyən Ulu öndərin Vətənini necə sevdiyini və onun siyasətini layiqincə davam etdirən Prezidentimiz İlham Əliyevin xalqı qarşısında mənəvi borcunun, xalqa və Vətənə olan sevgisini nümunə göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi