"Riski bir yerdə aşaq" layihəsi – yekun

Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olan "Riski bir yerdə aşaq" layihəsi uğurla yekunlaşmışdır. Yanvarın 9 – da keçirilmiş layihənin yekun hesabat görüşündə məktəb rəhbərliyinə və pedaqoji heyyətə layihənin həyata keçirilmə prosesi və yekun statistik məlumatları çatdırılmışdır.

Teams platforması üzərindən keçirilən onlayn görüşdə  layihəyə çərçivəsində  100-ə yaxın pedaqoji heyyət üzvi, valideynlər  və 326 nəfər  6, 7, 8 – ci sinif şagirdləri  cəlb olunması iştirakçıların nəzərinə çatdırılmışdır.

Görüşdə iştirak edən məktəb rəhbərliyi, pedaqoji heyət layihənin əhəmiyyətindən danışaraq, məhz keçirilmiş görüşlər, aparılmış sorğular nəticəsində risk qrupuna daxil olan şagirdlərin vaxtında aşkar olunması və bu istiqamətdə aparılan işlərin səmərəli nəticə verəcəyinə əmin olduqlarını bildirdilər. Layihənin uğurla yekunlaşması münasibətilə məktəbin psixoloqu Ülkər  Məmmədlini təbrik etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi