Riski bir yerdə aşaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə məktəbin "Riski bir yerdə aşaq" layihəsi qalib olmuş və sentyabr ayından layihənin həyata keçirilməsinə start verilmişdir. Vebinar formada keçirilən təlimlərdə məktəb rəhbərliyi, layihənin hədəf qrupu siniflərinin sinif rəhbərləri, məktəb psixoloqu və valideynlər Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi, layihənin məqsədi, aktuallığı və layihə prosesi barədə mütəmadi məlumatlandırılıb.

Layihə çərçivəsində məktəbin 6 ç sinif şagirdləri, onların valideynləri psixoloq Nisə Abdullayeva ilə "Risk, onun təyin edilməsi, qiymətləndirilməsi düzgün davranış modellərinin formalaşdırılması" mövzusunu,  7a, 7ç sinif şagirdləri və onların valideynləri "Sinifdə həssas qrupa daxil olan şagirdlərlə qarşılıqlı münasibətlər sistemi uşaq hüquqlarına əsasən müdafiənin təmin edilməsi" mövzusunu, 6 b sinif şagirdləri və onların valideynləri "Həssas qrup, onun təyin edilməsi, qiymətləndirilməsi və düzgün davranış modellərinin formalaşdırılması." mövzusunu, 8 a sinif şagirdləri və onların valideynləri ilə "Həssas qrupu anlayışı, sinif daxilində şagirdlərin düzgün qarşılıqlı münasibətlər qurmasının qaydaları" mövzusunu müzakirə etdilər.

Eyni zamanda layihə çərçivəsindəpsixoloq Nisə Abdullayeva məktəbin pedaqoji heyyəti ilə "Pedoqoji proses zamanı həssas qruplara daxil olan şagirdlərin təyin edilməsi və təlim zamanı sinifdə digər şagirdlər ilə düzgün qarşılılıq əlaqnənin təşkili" mövzusunda təlim həyata keçirərək onlara müvafiq tövsiyələr vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi