Tarixi qələbəmiz onlayn dərslərdə
44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbə məktəbdə tədris olunan onlayn dərslərdə diqqət mərkəzində saxlanılır və şagirdlərə aşılanır. Bu baxımdan tədris olunan növbəti dərs məktəbin riyaziyyat müəllimi Xəlilova Arzu tərəfindən keçirildi. 7c sinfində “İşğaldan azad edilmiş torpaqlarımızın ərazisini hesablayaq” mövzusundakı onlayn dərs azad olunmuş torpaqlarımızın xəritədə nümayişi ilə başlandı. “Çoxhədlinin çoxhədliyə vurulması” qaydası şagirdlərə mənimsədildi. Dərs prosesində dünya şöhrətli riyazıyyatçı alimlər, o cümlədən Nobel mükafatı almış azərbaycanlı alim Bəxtiyar Siracov haqqında məlumat verildi.
Dərsin sonunda Ali Baş Komandan İlham Əliyevin”Qarabağ Azərbaycandır” sözünün əks olunduğu kriptoqramı həll etməklə şagirdlər şəhidlərimizin qanı bahasına azad olunmuş torpaqlarımızı qorumağa, orada qurub – yaratmaq üçün biliklərə mükəmməl yiyələnəcəklərinə söz verdilər.