Əhmədiyyə Cəbrayılov – 100

 

            Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi barədə” 07.10.2020 – ci il tarixli F – 192 nömrəli əmrinə əsasən dekabrın 12 – də məktəbin tarix müəllimi Sevinc Nadirovanın rəhbərliyi ilə  6 c sinfində onlayn tədbir keçirilmişdir.

           Tədbirdə fənn müəllimi 11 avqust 2020-ci ildə Azərbaycan prezidenti “Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi” haqqında imzalanmış Sərəncam  haqqında danışdı. Daha sonra şagidlər İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun həyatı, müharibədə iştirakı, mükafatları haqqında geniş məlumatlar verdilər, təqdimatlar nümayiş etdirdilər. Eyni zamanda Əhmədiyyə Cəbrayılovun  Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası olduğunu qeyd etdilər.

          Tədbirin sonunda şagirdlər  Fransa hökumətinin 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə Əhmədiyyə Cəbrayılova  fəxri təqaüd və xatirə medalları göndərməsini, 1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsünə  ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomunun verilməsini əks etdirən məlumatları və görüntüləri paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi