Kəlbəcərə qayıdış
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 - ci il tarixli F - 512 nömrəli əmrinə əsasən "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq dekabrın 5 – də 7d (rus bölməsi) sinifində İkinci Vətən (Qarabağ) müharibəsindəki qələbəyə həsr edilmiş “Kəlbəcərə qayıdış” adlı onlayn dərs keçirildi.
İlk olaraq fənn müəllimi Milvari Mirzəyeva Vətən müharibəsinin səbəbləri, gedişatı və şücaətli ordumuzun qələbəsi haqqında məlumat verdi. Daha sonra şagirdlər Kəlbəcər bölgəsi haqqında hazırladıqları təqdimatları və videorolikləri nümayiş etdirdilər,
Təqdimatlarda Kəlbəcərin tarixi, zəngin qızıl, mineral, su, filiz, civə yataqlarının işğal dönəmində ermənilər tərəfindən talan edilməsi əks olundu.
Sonda şagirdlər şəhidlərimizin qanı bahasına başa gələn Azərbaycan torpaqlarını göz bəbəyi kimi qorumağa, tariximizi daha dərindən öyrənməyə söz verdilər.