Ağdama qayıdış

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 - ci il tarixli F - 512 nömrəli əmrinə əsasən "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq dekabrın 3 – də 8ç sinifində  “Ağdama qayıdış” adlı onlayn dərs keçirildi.

Fənn müəllimi Şəfiqə Tağıyeva Qələbə münasibətilə şagirdləri təbrik etdi və torpaqlarımızın azad olunması uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin ruhu anıldı. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa verilməsi arzulandı. Sonra Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Ağdam rayonunun müqəddəs ocağını ziyarət etməsi nümayiş etdirildi. 8ç sinif şagirdləri Ağdam rayonunun tarixi, coğrafiyası, abidələri, tanınmış şəxsiyyətləri və milli qəhrəmanları haqqında hazırladıqları məlumatları təqdim etdilər. Erməni vandalizminin Ağdam rayonunda törətdikləri ağılasığmaz vəhşiliklər həsr olunmuş videoçarx nümayiş etdirildi. Şagirdlər "Qarabağa qayıdırıq"şeirini səsləndirdilər.

Sonda tarix müəllimi Şəfiqə Tağıyeva qələbə sevincimizi xalqımıza yaşadan Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi