Şuşaya qayıdış
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 - ci il tarixli F - 512 nömrəli əmrinə əsasən "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq dekabrın 3 – də 9a sinfində “Şuşaya qayıdış” adlı onlayn dərs keçirildi.
Dərsdə Qarabağın incisi sayılan Şuşa şəhərinin düşmən tapdağından azad olunması tarixi, coğrafiyası, florası, mədəni abidələri, dahi şəxsiyyətləri haqqında şagirdlər çıxışlar etdilər, təqdimatlar və vidoçarxlar nümayiş olundu. Videoçarxda Şuşanın yaranma tarixi – Pənahəli xan, mədəni abidələri, dahi şəxsiyyətləri haqqında danışıldı, nadir çiçək sayılan Xarıbülbül nümayiş etdirildi. Həmçinin Şuşanın azadlığı uğrunda gərgin mübarizə aparan, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan, praktik olaraq əlbəyaxa döyüşlər nəticəsində Şuşanı düşmən tapdağından azad edən, yaralı silahdaşlarına yüksək sədaqət hissi nümayiş etdirərək onları özləri ilə birlikdə çiyinlərində daşıyan Müzəffər Azərbaycan Ordusunun döyüş meydanındakı qəhrəmanlıq və şücaətindən danışıldı.
Sonda fənn müəllimi Aytəkin Rzayeva 8 Noyabr Şuşanın azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlığını bildirdi. Bu sevinci bizlərə bəxş edən şəhidlərimizin ruhu anıldı.