Füzuliyə qayıdış

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 - ci il tarixli F - 512 nömrəli əmrinə əsasən "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq dekabrın 3 – də 7ç sinfində “Füzuliyə qayıdış” adlı onlayn dərs keçirildi. Dərsdə şagirdlər Füzuli rayonunun tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət - ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri haqqında hazırladıqları təqdimatları nümayiş etdirdilər, məlumat mübadiləsi apardılar.

Dərsdə II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu anıldı,  Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza tezliklə şəfa tapmalarını arzu edildi.  Şəhid polkovnik – leytenant Ruslan Tağıyevin övladı Fuad Tağıyev çıxış edərək atası ilə fəxr etdiyini bildirdi, “Eşq olsun Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçən Vətən oğullarına!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndirdi.

Dərsin sonunda Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Abbasova “Dədə Qorqud” filmindən fraqment nümayiş etdirərək Ozan dədəmiz Qorqudun kəlamlarına əməl etmələrini, etdiyi dualara çatmalarını şagirdlərə arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi