Videokonfrans – “Qarabağ Azərbaycandır”

Dekabrın 2 – də “Qarabağ Azərbaycandır” mövzusunda videokonfrans keçirildi. Videokonfransda məktəbin 7c sinif şagirdləri işğaldan azad olunmuş torpaqlarımızın tarixi, coğrafiyası, abidələri, tanınmış şəxsiyyətləri haqqında çıxışlar etdilər, şeirlər söylədilər, təqdimatlar və videoçarxlar nümayiş etdirdilər.

Videokonfransda canlarını Vətən uğrunda fəda verib bizə doğma torpaqlarımızı qaytaran və bu sevinci bizə bəxş edən  şəhidlərimizin ruhu anıldı.  Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza tezliklə şəfa tapmalarını arzu edildi.

Sonda çıxış edən məktəb rəhbərliyi,  tarix müəllimi Əfsanə Abdıyeva başda Ali Baş Komandan və müzəffər Azərbaycan ordusuna xalqımıza bu sevinci yaşatdığı üçün  dərin təşəkkürlərini  bildirdilər. qələbə münasibətilə bütün şagirdləri təbrik etdi.  

Videokonfrans “Qələbə!”, “Yaşa Azərbaycan əsgəri!”, “Yaşa Ali Baş komandan!”, “Qarabağ Azərbaycandır!”, şüarları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi