Qızıl nişan
Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010 – cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nı, 2019 – 2020 – ci dərs ilində tam təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrini nəzərə alaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq bir çox məktəblərin məzunlarını qızıl və gümüş nişanla təltif etmişdir. Qızıl nişanla təltif olunanlar arasında məktəbin məzunu Reyhan Camalova da var.
Reyhan Camalovanı ürəkdən təbrik edir, ona gələcək təhsilində uğurlar arzu edirik!