Məzunların mükafatlandırılması
Sentyabrın 16 – da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “Muğanbank ASC” ilə birgə Binəqədi rayonu ərazisində yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla pandemiya şərtlərinə uyğun şəkildə görüş keçirilmişdir.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdür müavini prof. Hüseyn Əsgərov,“Muğanbank ASC” – in təmsilçisi Anar Nəbiyev iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və məktəbin kollektivini təbrik etdi, yeni tədris illində onlara uğurlar arzuladı. Eyni zamanda Pandemiya şəraitinə uyğun olaraq, fərqlənən məzunlarla görüş keçirməyi, təbrik etməyi YAP Binəqədi rayon təşkilatı üçün mühüm amil olduğunu diqqətə çatdıraraq ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplayan məzunları və onların valideynlərini təbrik edib, xoş arzularını çatdıraraq həyatlarında müvəffəqiyyətlər arzuladı.
Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdür müavini Hüseyn Əsgərov Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını vurğuladı.
Daha sonra çıxış edən “Muğanbank ASC” – in “Muğanbank Çek” üzrə tiraj Komissiyasının sədri Anar Nəbiyev qeyd etdi ki, Muğanbank tərəfindən yüksək bal toplayan gənclərin mükafatlandırılması artıq ənənə halına çevrilmişdir.
Daha sonra Ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edərək tələbə adını qazanmış məzunlara, 283 № li tam orta məktəbin məzunu Abdullayev Elvinə, Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və “Muğanbank ASC” – in “Muğanbank Çek” üzrə tiraj Komissiyasının sədri Anar Nəbiyev tərəfindən qiymətli hədiyyələr təqdim olundu.