İlk dərs günü

         Sentyabrın 15 – də məktəbin birinci siniflərinə şagirdlərin həftədə iki dəfə əyani formada olmaqla təhsillərinə start verildi.  Yeni tədris ilində məktəbdə hər iki bölmə üzrə 211 şagird birinci siniflərdə təhsil alacaq. Xüsusi karantin rejiminə uyğun olaraq məktəbdə müəyyən olunmuş qaydalara əməl olundu. Məktəbin “A”, “B”, “C” giriş qapılarında şagirdlərin hərarəti ölçülərək, əlləri spirt məhlulu ilə dezinfeksiya olunaraq təhsilə cəlb olunması təmin olundu. Məktəbdə şagird sıxlığını aradan qaldırmaq üçün hər bir sinif iki qrupa bölünərək növbəli təhsilə cəlb olundu.  Sinif otaqlarında sosial məsafə qorundu.

        İbtidai siniflər üzrə ilk dərs mövzusu “Gigiyena qaydalarına necə əməl edirəm” oldu. Şagirdlər pandemiya şəraitində virusdan qorunma yolları ilə bağlı bilgilərini nümayiş etdirdilər.

        İlk dərs günündə məktəbin direktoru Məsud Babayev, operativ nəzarət qrupu üzvləri və məktəblinin dostları karantin qaydalarına əməl olunmasına nəzarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi