Mükafatlandırma

          Məktəblilərin asudə vaxtlarını həm maraqli, həm də səmərəli keçirilməsi məqsədilə, may ayından başlayaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Kapital Bank" şirkəti və "Ağıllı şəhər Bakı" layihəsinin birgə əməkdaşlığı ilə 6-8 sinif şagirdləri ücun hər həftə "Nə?Harada?Nə zaman?" intellektual oyunu keçirilir. Oyun onlayn formatında təşkil olunur.

           Hər həftə Bakı, Abşeron, Xırdalan, Quba və Gəncə şəhərlərini təmsil edən 100-dən artıq məktəblərin komandaları intellektual yarışmada öz bacarıqlarını sınayır, əyləncəli formada yeni biliklərə yiyələnir.

             Hər ay mini-çempionat keçirilir, və ən yaxsı nəticə göstərən üç komanda xususi hədiyyələrlə təltif olunur.

           Məktəbin 7 – ci sinif şagirdlərindən təşkil olunan “Uğur” komandası may ayından etibarən bütün oyunlarda fəal iştirak etmiş və müxtəlif pillələrdə qərarlaşmışdır. İyul ayında mini – çempionatda (I, II və VI yerlər tutaraq) məktəbin “Uğur” komandası yaxşı nəticə göstərərək II yeri tutmuşdur.

            Avqustun 27 – də məktəb rəhbərliyi tərəfindən mövcud pandemiya qaydalarına riayət olunmaqla komanda üzvlərinin mükafatlandırılma mərasimi keçirildi. Növbəti oyunlarda da uğurlar diləyi ilə hədiyyələr komanda üzvlərinə təqdim olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi