Respublika fənn olimpiadasının qalibi
İyunun 4 – də Rusiyanın ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Rus İcması və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilən Rus dili və Ədəbiyyatı üzrə XII Respublika Olimpiadası qaliblərinin adları açıqlanıb. 1428 nəfər iştirakçıdan 111 nəfər qalib seçilib. Məktəbin Azərbaycan bölməsinin 8 a sinif şagirdi Əliyev Elcan qaliblər sırasındadı.
Bütün qalibləri təbrik edirik!