Respublika Günü

Mayın 28 – də  Azərbaycan Xalq Cumhuriyyətinin 102 – ci ildönümünə həsr edilmiş videokonfrans keçirildi.

Videokonfransda millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, məktəbin müəllim, şagird heyəti iştirak etdi. Çıxış edən millət vəkili müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdikləri nailiyyətlər, qısa müddətdə bir çox "ilk"lərə və ciddi uğurlara imza atan, qadınlara ilk dəfə seçki hüququ verən Cumhuriyyət qurucuları olan böyük şəxşiyyətləri sevgi və sayğı ilə anaraq gənc nəslə öz faydalı tövsiyələrini bildirdi.

Daha sonra məktəbin tarix müəllimi Rəhilə Heydərli, gənc ixtiraçı, məktəbin XI sinif şagirdi Reyhan Camalova, VIII sinif şagirdi Tahirli Nuray çıxış edərək AXC nin yaranmasının böyük ictimai siyasi əhəmiyyətindən danışdılar.

Sonda 2a sinfinin balaca fidanları Vətənə aid şeirlər səsləndirdilər.

Cumhuriyyət bayramınız mübarək, dövlətimiz sarsılmaz, müstəqilliyimiz əbədi olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi