Bədən tərbiyəsi və İdman günü" - təltifetmə
Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 6 mart 2020-ci il tarixində Binəqədi Gənclər Evində 5 mart – “Bədən tərbiyəsi və idman günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, BRİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, "Azərreyl" Voleybol klubunun prezidenti Fərid Xəlilov, idarənin rəis müavini Rüfət Əhmədov, idarənin əməkdaşları Elvin Quliyev, Rafiq Nəsirov, müəllimlər iştirak etmişlər.
Əvvəlcə idarə rəisi Namiq Tarverdiyev və müdir müavini Şəmsi Gülverdiyev “Bədən tərbiyəsi və idman günü” münasibətilə iştirakçıları təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar dilədilər.
Sonra Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs, o cümlədən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, rayonda fəaliyyət göstərən idman klublarının məşqçi-müəllimləri fəxri fərmanla təltif edildilər.
Tədbirdə məktəbin fiziki tərbiyə müəllimi Nailə Məmmədova da Fəxri Fərmanla təltif edilib.
Binəqədi Rayon İdman və Gənclər İdarəsinin rəisi Namiq Tarverdiyevə göstərilən diqqətin məktəbin fəaliyyətinə verilən dəyər kimi qəbul edərək bütün pedaqoji kollektiv adından təşəkkür edirik.