1 Mart Beynəlxalq Mülki Müdafiə günüdür

Fevralın 28 – də məktəbin Mülki Müdafiə tədbirlər Planına əsasən maarifləndirici dərslər və tədbirlər keçirildi. 2a, 2ç sinif şagirdləri nümunəvi dərslər zamanı təbii fəlakətlər baş verərsə, ilkin tibbi yardım, xilasetmə işlərini əks etdirən rəsmlər, illustrasiyalar, maketlər nümayiş etdirdilər, səhnəciklər göstərdilər.

Yanğın, zəlzələ, daşqın, uçqun, qasırğa və s. kimi təbii fəlakətlər zamanı hansı tədbirlərin görülməsi ilə bağlı bilgilərini zənginləşdirdilər.

6a, 6ç siniflərində ilkin tibbi yardım göstərilməsi ilə bağlı videoçarxlar nümayiş olundu və “Arterial qanaxmalar zamanı turnaların qoyulması”, “Said sümüyü sınığı zamanı immobilizasiya edilməsi", "Qəza zamanı ilkin tibbi yardım” halları üçün praktik nümunələr göstərildi.

Təbii fəlakətin baş verməsi ilə bağlı həyəcan siqnalının səslənməsi ilə şagird, müəllim heyətinin təxliyəsi, fəlakət baş vermiş ərazidə  xilasetmə işlərinin göstərisi oldu.

Tədbirdə məktəbin Mülki Müdafiə Qərəgahının rəhbəri, Qərərgah rəisi, hərbi rəhbər və pedaqoji kollektivin nümayəndələri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi