“Ekologiya və biz”

27 aprel 2016-cı il tarixində məktəbdə coğrafiya müəllimlərinin hazırladığı “Ekologiya və biz” mövzusunda qlobal ekoloji problemlər və onların həlli yolları haqqında dəyirmi masa keçirilmişdir. Dəyirmi masada VII, VIII, IX və X siniflərin fəal şagirdləri öz maraqlı çıxışları ilə iştirak etdilər. Çıxışlarda ətraf mühitin, havanın, hidrosferin, torpağın çirklənməsi, meşələrin kəsilməsi nəticəsində ekoloji tarazlığın pozulması və bundan törənən problemlər işıqlandırıldı. Meşələrin məhv edilməsi, ozon təbəqəsinin deşilməsi, qlobal istiləşmə (istixana effekti) gələcəkdə yer kürəsinin daha ciddi problemlərlə qarşılaşacağından xəbər verir.Şagirdlər vətənimizin torpaqlarının, çaylarının, havasının, Xəzər dənizinin və düşmən işğalında olan Qarabağımızın hərbi ekoloji probləmlərindən də ürək yanğısı ilə çıxış etdilər.Dəyirmi masada hər bir mövzuya aid video materiallar və elektron təqdimatlar nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi